Qısqanc ər arvadını döyüb öldürüb

 
 

İsmayıllı rayon prokuroru Rahib Seyidov bildirib ki, rayonun Girk kəndində Şöhrət Qarayev həyat yoldaşı Vəliyeva Hilalxan Elçin qızına ölümlə nəticələnən müxtəlif dərəcəli bədən xəsarəti yetirib. Hazırda o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərərvurmamaddəsilə cinayət işi açılıb.Məlumata görə, Şöhrət Qarayev dostlarından birinin məclisində qonaq olub və orada spirtli içki qəbul edib. Axşam saatlarında evinə qayıdan ərin həyat yoldaşı ilə mübahisəsi düşüb. Mübahisənin qızışması tərəfləri, xüsusən də Şöhrəti özündən çıxarıb. Belə ki, sərxoş və qəzəbli ər həyat yoldaşını qonşuluqdakı kişiyə baxıb güldüyü səbəbilə döyməyə başlayıb. Nəticədə, Şöhrət Qarayev həyat yoldaşı Vəliyeva Hilalxan Elçin qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Daha sonra zərərçəkən xəstəxanaya çatdırılıb.  Lakin xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Baş nahiyəsindən aldığı güclü zərbələr onun ölümünə gətirib çıxarıb. Əlavə edək ki, dünyasını dəyişən qadın 5 uşaq anası idi və ən kiçik övladı 3 həftə əvvəl dünyaya gəlib.

  • Müəllif: sudabe
  • Tarix 27-09-2014, 07:10
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 417
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Arxiv
Sayğac