dunyatv.az
CANLI YAYIN

Ramil Usubov tapşırıq verdi

29-09-2014, 04:52

 
 
 

Azərbaycanın daxili işlər naziri Ramil Usubov bu gün Lənkəran Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb.Qəbulda iştirak edən vətəndaşlar ölkə Prezidenti cənab İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 91 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri R.Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib


Oxunub: 735

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.