Polis əməkdaşı reyd zamanı öldü

 
 

Lənkəranda polis əməkdaşını tok vuraraq öldürüb. Hadisə gecə saatlarında su nəqliyyatında polis idarəsinin Lənkəran regional şöbəsinin əməkdaşlarının Ürgə kəndi ərazisində keçirdikləri reyd zamanı baş verib. Veravul çayında qanunsuz balıq ovu ilə məşğul olan dəstəyə qarşı keçirilən reyd zamanı reyd qrupunun tərkibində olan polis serjantı, rayonun Şirinsu kənd sakini 28 yaşlı Məlik Cahangirov qanunsuz ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.Polis serjantı yüksək gərginlikli elektrik cərəyanı vurması səbəbindən hadisə yerində dünyasını dəyişib.Hadisə zamanı qayıqda olan brokonyerlər uzaqlaşmağa nail ola biliblər. Lakin, bir neçə saat sonra hadisəylə əlaqədar iki nəfər saxlanılıb.Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
  • Müəllif: sudabe
  • Tarix 30-09-2014, 11:11
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 558
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Sayğac