Ağdaşda vəhşi heyvanlar qadinlara hücum etdi

 
 

Hadisə rayonun Yuxarı Nemətabad kəndində qeydə alınıb. Bu gün səhər saatlarında kəndin mərkəzi hissəsində 1959-cu il təvəllüdlü Əbilova Nərminə Tacəddin qızı qəflətən çaqqalın hücumuna məruz qalıb. Çaqqal qadının qollarına və ayaqlarına ağır xəsarətlər yetirib. Onun qışqırıq səsini eşidən qonşu 1974-cü il təvəllüdlü Yusifova Roza Şəmil qızı kömək etmək üçün qadının yanına gəlib. Vəhşi heyvan Roza Yusifovaya hücum edərək onu da yerə yıxıb. Roza Yusifovanın ayağına, sinəsinə və qollarına ağır xəsarətlər yetirib. R. Yusifova əlbəyaxa olduğu çaqqalı çətinliklə də olsa, boğaraq öldürüb.
 Hər iki yaralı təcili olaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onlara quduzluğa qarşı vaksinlər vurulub, lazımı tibbi yardım göstərilib.
 Xəsarət alan Nərminə Əbilova bildirib ki, son illər kənddə mal-qara, toyuq-cücə tez-tez vəhşi heyvanların hücumuna məruz qalır
  • Müəllif: sudabe
  • Tarix 30-09-2014, 11:22
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 428
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac