dunyatv.az
CANLI YAYIN

""Qarabağ"hələ son sözünü deməyib"

2-10-2014, 10:01

 
 

Avropa Liqasının qrup mərhələsində bu gün "Dnepr”lə qarşılaşacaq "Sent Etyen” klubunun baş məşqçisi oyun öncəsi keçirdiyi mətbuat konfransında qrupda digər rəqiblərindən olan "Qarabağ” haqda da danışıb.
48 yaşlı mütəxəssis komandamızı qrupun təhlükəli rəqiblərindən hesab etdiyini bildirib:
"Hamı "İnter” və "Dnepr”i qrupun favoriti hesab edə bilər. Bu komandalar nisbətən üstün sayılır. Ancaq "Qarabağ” hələ son sözünü deməyib. Onlar qrupda istənilən rəqib üçün təhlükəli sayıla bilərlər. Bunu Bakıdakı qarşılaşmada gördük. "Dnepr”ə qarşı isə layiqli mübarizə aparacağıq. Ukrayna çempionatını izləmişik. Rəqibi yaxşı təhlil etmişik. İndidən hansı komandanın favorit olduğunu demək düzgün olmaz”.
Xatırladaq ki, bu gecə Bakı vaxtı ilə saat 00:05-də "Sent Etyen” öz meydanında "Dnepr”i qəbul edəcək


Oxunub: 853

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.