dunyatv.az
CANLI YAYIN

Bayrağımız 162 metr hündürlüyə qaldırıldı

11-10-2014, 09:58

  
Bu gün Azərbaycanin ən böyük bayrağı ilk dəfə ictimaiyyətin iştiraki ilə havaya qaldırılıb.Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydan Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında "Mən azərbaycanlıyam!" aksiyası çərçivəsində Azərbaycan bayrağı ucaldılıb.Mərasim ictimaiyyətə açıq olub.Belə ki, istəyən şəxs bu prosesi canlı izləyib. Bayrağın qaldırılmasında bir çox ictimai xadimlər, idmançılar və jurnalistlər də iştirak ediblər.Tədbir səhər saatlarında hərbi orkestrin musiqi sədaları və uşaq xorunun dövlət himnini səsləndirməsi ilə başlayıb.Nəhəng bayraq onlarla insanın çiynində meydana gətirilib və 162 metr hündürlüyə qaldırılıb.Qeyd edək ki, bayrağın çəkisi 350 kiloqramdır.


Oxunub: 657

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.