Yük maşını "Mercedes"in üstünə aşdı

  

Hadisə oktyabrın 11-də Ələt-Astara magistralının 206-cı kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb.Ələt istiqamətində hərəkət edən Sabirabad rayon sakini, 58 yaşlı Qulamhüseyn Nuriyevin idarə etdiyi "Hova” markalı, 90 JV 103 dövlət nömrə nişanlı içi dolu yük maşını yaranmış nasazlıq səbəbindən  idarəetməni itirərək yolun soluna çıxıb və kənarda dayanmış "Mercedes” markalı, 15 BN 949 dövlət nömrə nişanlı minik avtomobilinin üstünə aşıb. Hadisə vaxtı "Mercedes”in sürücüsü, Cəlilabad rayon sakini, 36 yaşlı  Niyaməddin Əliyev maşında olsa da, xoşbəxtlikdən xəsarət almayıb.Hadisə nəticəsində yük maşınına ciddi ziyan dəyib, "Mercedes” isə yarasız vəziyyətə düşüb. Həmçinin yolun kənarındakı elektrik dirəyi aşıb və naqilləri qırılıb.Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

  • Müəllif: sudabe
  • Tarix 11-10-2014, 12:28
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 569
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac