Müəllimlərin əmək haqqı artırılacaq, amma...

Müəllimlərin əmək haqqı artırılacaq, amma...

 

"Hamı düşünür ki, "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” ilə bağlı məsələ həllini tapandan sonra dərhal müəllimlərin əmək haqqı artacaq. Amma əslində bu belə deyil”.

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

F.Qədirov bildirib ki, strategiyada müəllimlər üçün əmək haqqı və mükafatlandırma sistemi yaradılması nəzərdə tutulub: "Lakin bu, yalnız əmək haqqının artırılmasını nəzərdə tutan sistem deyil, eyni zamanda keyfiyyətin təminatı sistemidir. Strategiyada o da nəzərdə tutulur ki, müəllimlər sertifikasiyadan keçməlidir. Müəllimlər yalnız bu prosesdən keçdikdən sonra onlara hansı əmək haqqını vermək lazım olduğu müəyyənləşir. Dünyada da bu belədir. Bütün müəllimlərə eyni həcmdə əmək haqqı verilmir. Düşünürük ki, strategiyada nəzərdə tutulan məsələlərə kompleks yanaşılacaq və bundan sonra hansı müəllimə nə qədər əmək haqqının verilməsi barədə qərar qəbul ediləcək. Bu istiqamətdə artıq müəyyən sənədlərin hazırlanmasına başlanıb. Mexanizmlər təsdiq edildikdən sonra əmək haqqı məsələsinə baxılacaq. Əmək haqqının nə vaxt artırılacağı ilə bağlı konkret müddət demək mümkün deyil”.


  • Müəllif: Pervin_M
  • Tarix 30-11-2013, 18:00
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 2 662
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac