dunyatv.az
CANLI YAYIN

FİFA "Qalatasaray"ıcərimələyəcək

13-10-2014, 11:58

 

Türkiyənin "Qalatasaray" klubu cərimələnəcək. Buna səbəb isə İstanbul təmsilçisinin 2009-cu ildə həyata keçirilən Abdul Kader Keyta transferidir.
 Belə ki, 2009-cu ildə "Lill"dən alınan Keyta üçün 1.1 milyon avro hələ də ödənilməyib. 2010-cu ildə futbolçu "Əl Sədd" klubuna 8 milyon 150 min avroya satılsa da, keçmiş klubuna pul ödənilməyib.
 Bu səbəbdən Fransa klubu FİFA-ya müraciət edib və ali futbol qurumu "sarı -qırmızılar"ın əlehinə qərar çıxarıb. Bu da "Qalatasaray"ın tezliklə transfer pulunu tam ödəmədiyi üçün cəzalanması deməkdir.


Oxunub: 697

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.