Bakıda məmur oğlu öldürüldü

 

 

Oktyabrın 16-da Bakı şəhərinin Binəqədi rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub. Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğlu 22 yaşlı Əli Məlikovu qətlə yetirən 26 yaşlı Tural Əliyev hadisə vaxtı daha iki nəfərə ağır xəsarət yetirib.

 

Məlumata görə, hadisə Binəqədi şosesində, Binəqədi DYP-nin binasının arxasında baş verib. T.Əliyev 20 yaşlı Baxşıyev Elçin Qılıncxan oğlunu, 22 yaşlı Fərzəliyev Seymur Şamil oğlu və 22 yaşlı Məlikov Əli Natiq oğlunu bıçaqlayıb. Hər 3 şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ə.Məlikovun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, hadisə zamanı xəsarət almış digər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.

 

*****

16.10.2013 / 14:59

 

 

Bakıda qətl törədilib. Binəqədi rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən T.Əliyev saxlanılıb. Qətlin motivi hələlik açıqlanmır.

 

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən Ə.Məlikov Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

  • Müəllif: Asef
  • Tarix 17-10-2013, 14:59
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 2 231
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac