dunyatv.az
CANLI YAYIN

Riçard Almeyda "Dnepr"lə oyunda meydana çixa biləcəkmi?

18-10-2014, 13:23

 

Qurban Qurbanovun komandası bir neçə gündən sonra Kiyevdə "Dnepr”lə oyuna çıxacaq.Avroliqadakı oyun ərəfəsində "Qarabağ” Premyer Liqada "Qəbələ” ilə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. Lakin oyunun 67-ci dəqiqəsi "Qarabağ” üçün üzücü məqamla yadda qalıb. Komandanın aparıcı futbolçusu Riçard Almeyda zədələnərək meydanı tərk edib. Almeydanın "Dnepr”lə oyunda iştirakı sual altına düşmüşdü. Lakin onun son durumu ilə bağlı səhih məlumat əldə etdik. Belindən diz zərbəsi alan Almeyda oyunu davam etdirə bilməsə də, zədəsi ciddi deyil. Həkimlərin müayinəsindən sonra bilinib ki, o, "Dnepr”lə oyunda "Qarabağ”a kömək edə biləcək.Qeyd edək ki, "Dnepr” – "Qarabağ” matçı oktyabrın 23-də keçiriləcək.


Oxunub: 744

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.