dunyatv.az
CANLI YAYIN

Küçəyə atılan uşaq öldü

23-10-2014, 12:48

 
 
Dünyatv.az  XəzərXəbər istinadən verdiyi məlumata görə, oktyabrın 22-də saat 14 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 1 saylı körpələr evinin qarşısında yeni doğulmuş qız uşağı aşkar edilib.Ona körpələr evində təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən müvafiq tibbi yardım göstərilib.Lakin körpənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Oxunub: 663

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.