Bu gecə sonuncu günəş tutulması baş verəcək

 
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, Günəş tutulması oktyabrın 24-də Bakı vaxtı ilə saat 00:40-da başlayacaq və saat 04:52-də başa çatacaq. Tutulmanın davam etmə müddəti 4 saat 12 dəqiqədir. Gecə saat 02:46-da tutulmanın maksimumu olacaq. Bu tutulma hadisəsi Şimali Amerika və Rusiyanın Alyaskaya yaxın hissəsində müşahidə ediləcək. Günəş tutulması gecə baş verdiyindən, Azərbaycandan müşahidə edilməyəcək. X. Mikayılov qeyd edib ki, bugecəki Günəş tutulması bu il üçün 2-ci olacaq. Onun sözlərinə görə, əvvəldən bu il ərzində iki Günəş, iki Ay tutulması hadisəsi baş verməsi gözlənilirdi. Artıq bir Günəş, iki Ay tutulması hadisələri baş verib. İlk Ay tutulması aprelin 15-də, ikinci Ay tutulması oktyabrın 8-də, ilk Günəş tutulması isə aprelin 29-da qeydə alınıb.
  • Müəllif: sudabe
  • Tarix 24-10-2014, 10:25
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 345
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac