Kanadanın Baş naziri:bizi qorxutmaq mümkün deyil

 
 
 

Hadisə zamanı parlament binasında olan Kanadanın Baş naziri Stiven Harper deyib: "Kanadanı qorxutmaq mümkün deyil. Əksinə, bu bizim qətiyyətimizi daha da artıracaq, təhlükəni qabaqlamaqdan ötrü mümkün olan addımları atacağıq. Eyni zamanda biz bütün dünyadakı müttəfiqlərimizlə digər ölkələrdə özlərini vəhşi kimi aparan və öz vəhşiliklərini bizim sahillərə də gətirməyə çalışan terror təşkilatları ilə mübarizə sahəsində əməkdaşlıq üçün səylərimizi ikiqat artıracağıq”Qeyd edək ki, naməlum şəxs Birinci dünya müharibəsində həlak olmuş kanadalı əsgərlərin xatirəsinə ucaldılmış abidə qarşısındakı fəxri qarovula atəş açıb. Nəticədə kapral Natan Serillo sinəsindən aldığı güllə yarası nəticəsində həlak olub.Daha bir silahlı basqın isə parlament binasına edilib. Bu zaman hücum edən şəxs parlamentin mühafizə xidməti tərəfindən öldürülüb. Hər iki hücumun eyni şəxs tərəfindən törədildiyi ehtimal edilsə də, polis hələlik bunu rəsmi şəkildə təsdiqləməyib.Kanada KİV-lərinin məlumatına görə, hadisəni törədərkən öldürülən cani islam dinini qəbul etmiş Kanada vətəndaşı Maykl Zehaf Bibodur.

  • Müəllif: sudabe
  • Tarix 24-10-2014, 10:29
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 299
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac