Azərbaycanda öldürülən polisin 10 yaşlı oğlu: "O, mənim atam idi. Onu niyə öldürdülər?"

 
 Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Qusarda silahlı basqın zamanı dünyasını dəyişən polis mayoru Qalib Quliyev bu gün günorta saatlarında Qubanın rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən Çiçi kəndində dəfn olunub. Onun dəfn mərasimində Daxili İşlər Nazirliyinin nümayəndələri, şimal rayonlarının hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, iş yoldaşları və yerli sakinlər iştirak ediblər.

Qalib Quliyevin 10 yaşında Elvin və 12 yaşında Emin adlı iki oğlu var.
Atasının ölümü barədə danışarkən hər iki övladı göz yaşlarını saxlaya bilməyiblər. "O, mənim atam idi. Onu niyə öldürdülər? Alah onların cəzasını versin”. Mərhumun kiçik oğlu belə deyib.

X X X

Ötən gün Qusar rayonunda baş verən silahlı insident zamanı güllə yarası alan polis əməkdaşlarının vəziyyəti ağır-stabildir. Anspress-in verdiyi məlumata görə, əməliyyat olunan Mövlud Əliyev Cəmil Nəsirovun həyatları üçün təhlükə yoxdu. Ayağından güllə yarası alan Qusar rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov isə ilkin tibbi yardımdan sonra isə ambulator müalicə üçün evə buraxılıb.

Silahlı insident zamanı dünyasını dəyişən polis mayoru Qalib Quliyev doğulduğu Quba rayonun Çiçi kəndində torpağa tapşırılıb. Polis əməkdaşının dəfn mərasimində Daxili İşlər Nazirliyinin nümayəndələri, şimal bölgəsinin hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, iş yoldaşları və kənd sakinləri iştirak ediblər. Onun şərəfinə Daxili Qoşunlarının hərbçiləri tərəfindən yaylım atəşi açılıb.[/b][/b][/b][/b][/b][/b][/b]

[/b][/b][/b]
Qeyd edək ki, Q.Quliyev ailəlidir, 12 və 10 yaşlarında iki oğlu var.[/b]
 
 

Azərbaycanda öldürülən polisin 10 yaşlı oğlu: "O, mənim atam idi. Onu niyə öldürdülər?"

[/b][/b][/b][/b]
  • Müəllif: Asef
  • Tarix 18-10-2013, 14:44
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 1 366
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac