dunyatv.az
CANLI YAYIN

Siqaretin qiyməti niyə qalxdı? - VİDEO

4-12-2013, 10:31

Siqaretin qiyməti niyə qalxdı? - VİDEO

 

Azərbaycan bazarının tütün məmulatlarına olan ümumi tələbatı ildə 10 milyard ədəd siqaret səviyyəsində qiymətləndirilir. Tütünə olan tələbatın, 50-% ə qədəri yerli istehsal hesabına ödənilir, bu məhsulların yarısından çoxu xaricdən idxal edilir. Ölkəmizdə artım məhz belə siqaretlərin qiymətində müşahidə olunur.

Apardığımız kiçik araşdırma nəticəsində tanınmış markaların qiymətində 15-20 qəpik artım müşahidə etdik. Satıcılar isə siqaretlərin qiymətinin istehsalçı firmalar tərəfindən artırıldığını deyirlər.

Siqaretin pərakandə satış qiymətinin bahalaşmasını gənclərin və yeniyetmələrin onlardan istifadəsini məhdudlaşdıra biləcəyini deyən ekspert, qiymətlərin daha da artırıla biləcəyini istisna etmir.

Ölkədə tütün məmulatları istehsalı ilə məşğul olan "European Tobbaco" şirkəti siqaretin qiymətindəki artıma aydınlıq gətirib. Tütün məmulatlarının qiymətinin artması dünya bazarlarında xammalın qiymətinin bahalaşması ilə əlaqədardır.

 



Oxunub: 1 348

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.