Millət vəkilləri 1000 matlıq cəriməyə “hə” dedilər

Millət vəkilləri 1000 matlıq cəriməyə “hə” dedilər

 

"Qanun layihəsi səsvermə nəticəsində qəbul edilib”.

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanunun 155.2-1 maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə beş yüz manat miqdarında cərimə edilir.

Bu Məcəllənin 155.2-1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə min manat miqdarında cərimə edilir.  155.7-ci maddədə "səksən manatdan yüz manatadək” sözləri "beş yüz manatdan səkkiz yüz manatadək”sözləri ilə əvəz edilib.

  • Müəllif: Asef
  • Tarix 4-12-2013, 10:45
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 800
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac