dunyatv.az
CANLI YAYIN

Havalar kəskin soyuyacaq - Xəbərdarlıq

14-11-2014, 09:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib ki, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, noyabrın ikinci ongünlüyünün sonuna kimi havanın qeyri-sabit keçəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcək. Noyabrın 17, 18, 19-da gündüz saatlarında havanın temperaturu 8-10 dərəcəyə yaxın olacaq.

Noyabrın 16-sı axşamdan noyabrın 18-i səhərə kimi şimal küləyinin arabir güclənəcəyi gözlənilir. Bu müddət ərzində tutqun hava şəraiti üstünlük təşkil edəcək. Havanın fasilələrlə yağıntılı olacağı ehtimal edilir.

Respublikanın rayonlarında isə proses noyabrın 16-da qərb rayonlarından başlayaraq müşahidə ediləcək.


Oxunub: 617

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.