Nazirlik məhkumları peşə hazırlığına cəlb etdi

 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cəzaçəkmə müəssisələrindən azad ediləcək 230 nəfər şəxsi peşə hazırlığına cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, bu məqsədlə onların peşə hazırlığına cəlb edilməsi nəzərdə tutulur.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, bu ilin ötən dövründə penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs peşə hazırlığı kurslarına cəlb olunub. Onlardan 32 nəfəri qadınlar, 16 nəfəri isə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsindəki uşaqlar olub.Kurslar penitensiar müəssisələrin mövcud peşə məktəblərinin bazasında dərzi, dülgər-xarrat, kompyuter istifadəçisi, kompyuter texnikasının təmiri, bərbər-manikürçü peşələri üzrə təşkil edilib. Məhkumların kursları bitirmə vaxtı onların cəzaçəkmə müddətinin başa çatması vaxtı ilə təxminən eyni dövrə düşür. Kurslara cəlb olunanlardan 110 nəfəri artıq peşə kurslarını uğurla başa vurub.
  • Müəllif: NAİL
  • Tarix 15-11-2014, 08:30
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 368
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac