Tullantılar arasından 52 kiloqram qəpik yığıldı

 
Bakıda son 5 ayda toplanan məişət tullantıları arasından 52 kiloqramadək müxtəlif növdə qəpik yığılıb. Həmin pullar "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aid Balaxanıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənərək zibil kütləsindən ayrılıb. "Təmiz Şəhər” ASC-in mətbuat katibi Vüqar Babayevin Xezerxeber.com-a verdiyi məlumata görə, şəhərin müxtəlif hissələrindən toplanmış tullantılar Balaxanıdakı çeşidləmə zavoduna gətirilir. Burada isə qarışıq tullantının tərkibindən təkrar emal üçün yararlı sayıla biləcək dəmir, şüşə, kağız, plastik hissələr seçilərək çeşidlənir və uyğun təkrar emal zavodlarına göndərilir: "Bu zaman tullantıların içindən tapılan əşyalar da tullantıdan ayrılır. Bu tapıntılar arasında bəzən vacib sənədlər, silah hissələri və ya pul olur. Yığılan bu tip əşyalar aidiyyatı qurumlara təhvil verilir. Son 5 ayda toplanan qəpiklər təmizlənib yığılaraq Mərkəzi Banka təhvil olunacaq və qəpiklərin dəyəri qədər kağız pullarla əvəz olunacaq. "Təmiz Şəhər” ASC həmin vəsaitlə xeyriyyə məqsədilə müxtəlif hədiyyələr alaraq Bakıda yerləşən uşaq evlərindən birinə bağışlayacaq”.
  • Müəllif: NAİL
  • Tarix 15-11-2014, 09:07
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 460
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac