dunyatv.az
CANLI YAYIN

Qonşum məni zorladı - DƏHŞƏT

5-12-2013, 11:29

 

 Bakıda 13 yaşlı qız qonşusunu zorlamaqda ittiham etdi

Xəzər rayonu 1-ci Polis Bölməsinə azyaşlının zorlanması barədə məlumat daxil olub.

bu barədə Xəzər rayonu Polis İdarəsindən bildiriblər.

Məlumata görə, dekabrın 3-də Qala kənd sakini M.A. polisə müraciət edərək, deyib ki, onun 13 yaşlı qızı Ş.A. dekabrın 2-də axşam saat 22:00 evdən çıxıb və dekabrın 3-ü saat 11:00 radələrində evə qayıdıb.

Azyaşlı qız "sən harada idin?” sualına isə, onu qonşuluqda yaşayan 29 yaşlı M.Aliquliyevin oğurladığını söyləyib.

13-yaşlı qızın sözlərinə görə, qonşu oğlan onu öz avtomobilində zorlayıb, sonra isə buraxıb.

Hal-hazırda müstəntiqlər qızın anasının verdiyi məlumatı yoxlayır.  Oğlanın günahı olub olmadığı sübuta yetirilmədiyi üçün, o hələ saxlanılmayıb.

 

 


Oxunub: 1 734

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.