Əsgərlərimiz Vətənə sədaqət andı içdilər

Noyabrın 16-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Nazirliyin mətbuat xidmətindənXezerxeber.com-a verilən məlumata görə, Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgər valideynləri iştirak ediblər.

Andiçmə mərasimində çıxış edən hərbi qulluqçular, valideynlər və ictimaiyyət nümayəndələri gənc əsgərlərə nümunəvi olmağı, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmaları, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə ediblər.

Rəsmi mərasimlər bağlı elan olunduqdan sonra konsert proqramlkarı təşkil edilib, əsgərlərin valideyinləri ilə görüşləri və hərbi hissələrdə yaradılmış şəraitlə tanışlıq olub.

  • Müəllif: sudabe
  • Tarix 17-11-2014, 08:05
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 423
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac