İllərdir "ata"dedikləri adam sən dəmə....

 
 

Türkiyənin Samsun şəhərində dəhşətli qətlin üstü açılıb.

 Samsunun Tekkeköy kəndində 18 il əvvəl yoxa çıxmış 3 uşaq atası Şaban Bayrinin cəsədi, keçən həftə tapılıb. Cəsədin tapılması ilə qətlin necə baş verməsi də məlum olub. Şabanı öldürüb yandırdıqdan sonra onu tarlada basdıran Mehmet Eray adlı kənd sakini, hadisədən 3 ay sonra Şabanın arvadı Habibə ilə evlənib. 

 İllərdir "ata" dedikləri şəxsin öz atalarının qatili olduğunu öyrənən Sevda (27), Selda (22) ve Gökhan (19) isə böyük şok yaşayıb. Mətbuata açıqlama verən 22 yaşlı Selda, ögey atası haqqında bunları deyib: "Atamızın bizi tərk etdiyini düşünürdük. Mehmet Eray öz atamızı öldürüb tarlada basdırıbmış. Biz 18 il sonra bunu öyrəndik. Həmin tarlada anam, bacım və mən illərdir çalışdıq. Biz illərdir bu adama "ata" dedik. Bu bizim üçün böyük bir acıdır."
 27 yaşlı Sevda isə Mehmet Erayın əslində analarında gözü olduğunu və öz atalarının da bunun üçün öldürüldüyünü bildirib. Ana Habibə isə boşanmaq üçün artıq məhkəməyə müraciət edib.
  • Müəllif: sudabe
  • Tarix 18-11-2014, 11:58
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 389
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac