Mobil operatorlara xəbərdarlıq

 
 
Ölkədə fəaliyyət göstərən mobil operatorlara xəbərdarlıq edilib. Bu barədə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov məlumat verib. Onun sözərinə görə, mobil rabitənin keyfiyyətinin yoxlanılması ilə bağlı Amerika Birləşmiş Ştatlarına məxsus şirkət dəvət olunub. Bakı şəhərində və ətraf qəsəbələrdə test yoxlamaları həyata keçirilib. İlkin test yoxlamaları nəticəsində bir sıra qüsurlar aşkar edilib. "İnternetdə və danışıqda yaranan kəslimələr, mesajların gec çatması kimi müxtəlif problemlər oldu. Biz isə bununla bağlı bütün mobil operatorlara xəbərdarlıq etdik ki, bu problemi aradan qaldırsınlar. Dəvət olunan şirkətlə danışıqlar davam edir və hazırda Nazirlik də bu məsələ yenidən müzakirə olundu”- deyə İltimas Məmmədov bildirdi. O həmçinin bu məsələdə iki yolun olduğunu, ya həmin şirkətlə müqavilə bağlanacaq, ya da texnikalar alınaraq problem yaranarsa ölçmələrin burada aparılacağını dedi.
  • Müəllif: NAİL
  • Tarix 18-11-2014, 13:06
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 322
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac