Helikopter hər şeyi dəyişdi

 
 
Dağlıq Qarabağ münaqişəsi indi yeni mərhələyə keçir. Hər iki tərəfdən də yeni insidentlər, gərginlik gözlənilir. Bunu Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İsgəndəryan bildirib. O, Azərbaycan tərəfinin erməni helikopterinin vurmasından sonra vəziyyətin dəyişdiyini deyib. Politoloq bununla yanaşı Qarabağda genişmiqyaslı əməliyyatlar gözləmədiyini də bildirib. . Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.Saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopterlərində biri məhv edilib, digəri isə uzaqlaşıb. Helikopterin vurulması nəticəsində 3 pilot ölüb.
  • Müəllif: NAİL
  • Tarix 18-11-2014, 13:10
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 405
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac