Peyğəmbərin saçı Kadırova hədiyyə edildi

 
 
Məhəmməd peyğəmbərə (s.ə.s) aid əşyalar Çeçenistana gətirilib. Bunların içərisidə iki kasa və saç tükü var. Adıçəkilən əşyalar xüsusi reyslə Özbəkistandan Çeçenistana aparılıb.Məlumata görə, peyğəmbərin tükü və kasa İslam dininin möhkəmlənməsi istiqamətindəki xidmətlərinə görə, Çeçenistan prezidenti Ramzan Kadırova hədiyyə olunub.Qeyd edək ki, ötən il Çeçenistanda Məhəmməd peyğəmbərə məxsus əşyaların qorunduğu dünyada ilk muzey fəaliyyətə başlayıb. Adıçəkilən əşyalar da məhz burda nümayişə çıxarılacaq. Kasalar və peyğəmbərin tükü XIX əsrin əvvəllərində Türkiyə sultanı tərəfindən Kokand xanına hədiyyə olunub. 2012-ci ildə Birləşmiş Ərəb Əmirliyinin şeyxi Əhməd bin Məhəmməd Kadırovu müqəddəs əşyaların qoruyucusu adlandırıb. O, deyib ki, bundan sonra Məhəmməd peyğəmbərə aid (s.ə.s) əşyalar Əbu Dabidən Kadırovun razılığı ilə çıxarıla bilər. 2011-ci ildə İngiltərə iki kasa və peyğəmbərin məzarının üstündə olan iki xalını Çeçenistana vermişdi. 

  • Müəllif: NAİL
  • Tarix 18-11-2014, 14:08
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 382
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac