Qərb təşvişə düşdü – Quş qripi baş qaldırdı

 
 Britaniya və Hollandiyada aşkar edilən quş qripinin yayılması əleyhinə Avropa Komissiyasının yeni tədbirləri epidemiya ocaqlarında saxlanılan quşların məhv edilməsini və quş əti və yumurta satışına qadağanı nəzərdə tutur.Hollandiya hökuməti fermaların birində insanlar üçün potensial təhlükə təşkil edən H5N8 virus ştamının aşkar edildiyini bildirib.Avropa Komissiyasının mütəxəssisləri Britaniyadakı ördək fermasında tapılan virusun "eyni növdən” olduğunu güman edirlər.Avropa xidmətləri bu yaxınlarda Almaniyada aşkar edilən virusla yeni epidemiya ocaqları arasında əlaqənin olub-olmadığını müəyyən etməlidirlər.Avropa Komissiyasının açıqlamasında Hollandiya və Britaniyada virusun yayılmasını önləmək üçün tədbirlərin həyata keçirildiyi deyilir.Bundan əvvəl Hollandiyadakı Hekendorp fermasında 150 min toyuğun məhv edilməsinə başlanılıb.Tədbirlər həmçinin virusa yoluxmuş toyuqlarla əlaqədə olan adamların karantinə alınmasını nəzərdə tutur.Aİ rəsmiləri vəziyyətin nəzarət altında olduğunu desələr də, virusun başqa ölkələrə keçib-keçməyəcəyi barədə dəqiq proqnoz verməyin mümkün olmadığı bildirirlər.

  • Müəllif: NAİL
  • Tarix 18-11-2014, 14:21
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 383
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac