Şou-biznes nümayəndələrinin vergidən yayınması müzakirə edildi

 

Azərbaycanda vergidən yayınma hallarına son qoyulmalıdır. Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Rafael Cəbrayılov Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Millət vəkili söyləyib ki, son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır: "Bu sahə son illər inkişaf etsə də, kirayə ev verənlərin vergi verməsinin şahidi olmuruq”.O, qeyd edib ki, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou-biznes nümayəndələri arasında da var: "Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür. Artıq Azərbaycanda da vergidən yayınma hallarına son qoymağın vaxtı çatıb”.

  • Müəllif: NAİL
  • Tarix 18-11-2014, 14:40
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 327
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac