Azərbaycanda təhsil imkanları beynəlxalq təhsil sərgisində təqdim olunub

 
 
 

 

Azərbaycanda təhsil imkanları beynəlxalq təhsil sərgisindətəqdim olunub

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində "Optima Study” Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Xaricdə təhsil" beynəlxalq sərgi-yarmarkası keçirilib.Sərgidə ABŞ, Rusiya, Kanada, Birləşmiş Krallıq, İsveçrədən də təhsil ocaqları iştirak ediblər. Ümumilikdə dünyanın 20-ə yaxın ölkəsinin iştirak etdiyi beynəlxalq sərgidə Azərbaycan universitetləri də təmsil olunub.Sərgidə Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Bakı Slavyan Universitetini "Reduco” Təlim Tədris Mərkəzi təmsil edib. Sərgidə xarici tələbələrin Azərbaycan universitetlərində təhsil alması üçün mövcud imkanlarla bağlı iştirakçılara məlumat verilib.Azərbaycan universitetlərinin təmsil olunduğu sərgi guşəsində bakalavriat və magistratura, o cümlədən MBA proqramı barədə geniş məlumatlar əks olunub.


  • Müəllif: NAİL
  • Tarix 18-11-2014, 16:05
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 801
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac