Boşanan məşhurlarımız - SİYAHI

 

 
 
Şou-biznes əhlinin ailə həyatı cəmiyyətimizdə tez-tez müzakirə olunan mövzulardandır.

Dunyatv.Az xəbər verir ki, məhz buna görə də Ailem.az boşanan məşhurlarımızı araşdırmaq qərarına gəlib.
 
Şou-biznesdə baş çıxartmaq, ailə qurub, ailə sahibi olmaq çox çətin məsələdir. Çətin olanın öhdəsindən gəlməyə çalışan sənətçilərimiz də az deyil. Elələri var ki, layiqincə ailə həyatının öhdəsindən gələ bilir. Elələri də var ki...
 
Bir də görürsən xəbər çıxdı ki, filan müğənni dəb-dəbəli restoranların birində toy edəcək. Edir də. Amma çox keçmir ki, bu ailə dağılır. Ayrılma səbəblərini eşidəndə isə adam lap məəttəl qalır, bilmir kimə inansın. Gəlin iddia edir ki, oğlan öz kişiliyini sübut etmək üçün evlənmişdi, heç öz işinin öhdəsindən gələ bilmədi deyə boşandılar. Oğlan isə qızın yalan dediyini, gəlinin qız olmadığını, pul, şan-şöhrət üçün ailə qurduğunu bəyan edir. İndi gəl bu işin içindən baş çıxart ki, çıxardasan... Nə isə, çox uzatdıq deyəsən. Ailem.az boşanan məşhurlarımızın siyahısını təqdim edir.
 
Faiq Ağayev 1 dəfə evli olub. 2004-cü il dekabrın 21-də Nigar Topçubaşova adlı xanımla ailə quran xalq artisti 2 il sonra, 17 fevral 2006-ci ildə qalmaqallı şəkildə boşanıb. Həmin illərdə cütlüyün boşanma xəbəri mediada böyük səs-küy yaratmışdı. Müğənnidən boşanandan sonra Nigar yenidən ailə həyatı qurub ana olsa da, F.Ağayev hələ də subaydır.
 
Aygün Kazımova İlqar adlı bəylə 1 dəfə ailəli olub. Onlar uzun illərdir ayrılsalar da, hələ də rəsmən boşanmadıqları deyilir. Bu evlilikdən Kazımovanın bir qızı var. Sənətçi ilk evliliyindən sonra rəsmən ailə qurmasa da, bir müddət meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olması heç kəsə sirr deyil.
 
Nazpəri Dostəliyeva 1 dəfə ailə qursa da, ailəsi dağılıb. 2 oğlu var.
 
Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.
 
Məleykə Əsədova bir dəfə ailə qurub boşanıb. Bir qızı var. Boşandıqdan sonra aktrisa-müğənni mediaya açıqlama da vermişdi: "Ailə qurduğum şəxs bizneslə məşğul idi. Anamın xətrinə ərə getməklə artıq bir səhv etmişəm. O vaxtlar anamın səhhətində ciddi problemlər vardı və onu kədərləndirməmək üçün bu addımı atmışdım”.
 
Elza Seyidcahan bir dəfə ailəli olub. Bu nikahdan bir qızı, bir oğlu var.
 
Azərbaycanın "Eurovison-2011 "-in qalibi Nigar Camal kiprli Haluk Camalla ailə qurub. İki qız övladı var: Jasmin və Səidə. Müğənni bir müddət öncə həyat yoldaşından rəsmən ayrılıb.
 
İzzət Bağırov 2 dəfə ailə qurub. İlk evliliyi uzun sürməyən müğənnin birinci evliyindən övladı olmasa da, ikincidən 3 uşaq atasıdır. Sonuncu övladları əkiz doğulub.
 
Nura Suri şou-biznesdə ən çox ərə gedən məşhurlardandır. 3 dəfə ailə qurub. 3 oğlu var.
 
Prodüser Roland Bayramov 3-cü dəfə ailə qurub. Sonuncu toyu 2013-cü ilin sentyabrında olub.
 
Prodüser Tolik (Tarix Əliyev) də bir dəfə evli olub boşanıb.
 
Mətanət İsgəndərli övladları körpə olarkən qalmaqallı şəkildə boşanıb. Hətta həyat yoldaşı ANS-in "Günə baxan” verilişinə çıxaraq, M.İsgəndərlini ittiham etmişdi.
 
Firuzə İbadova ailə qursa da, ailəsi dağılıb. Eyni hal qızı Hülyanın başına da gəlib.
 
Ağadadaş Ağayev iki dəfə rəsmi nikahda olub.
 
Bahar Lətifqızı bir dəfə ailəli olub. Həyat yoldaşından ayrılan müğənninin bir qızı var.
 
Abbas Bağırov bir dəfə ailə qurub boşanıb. Afət adında qızı var. Hazırda subaydır.
 
Almaz Ələsgərlinin ailəsi uzun sürməyib, tezliklə dağılıb. Qızları da anasının yaşadığını yaşayıb. Onların da ilk evlilikləri uğursuz olub.
 
Elşad Xose (Elşad Əliyev) 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, evlilikləri bir neçə ay çəkib. Boşanıblar. Hazırda ikisi də subaydır.
 
ANS-in keçmiş aparıcısı Ülvira Qarayeva 2 dəfə rəsmi nikaha girib. İlk evliliyindən 1 qızı var. İkinci evliliyi isə aparıcılıq etdiyi "Toy olsun” verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə olub. Onunla da boşanıb.
 
Mətanət Əsədova 1 dəfə ailə qursa da, boşanmalı olub.
 
Hüseyn Dərya 2 dəfə ailə qurub. İkisi də uğursuz olub. İlk evliliyindən 1 qızı olan Dərya boşanaraq ikinci dəfə Sona adlı xanımla ailə qurub. Sonadan 1 oğlu var. Hüseyn ondan da məhkəmə qərarı ilə ayrılıb. Reper yenidən evlənmək sevdasına düşüb.
 
"Şeron” qrupunun üzvü Rüstəm Zeynallı iki dəfə ailə qurub. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır. Həcərlə Rüstəm 2008-ci il noyabrın 11-də keçirilən toy mərasimi ilə vətəndaş nikahına daxil olublar. Onların rəsmi nikahı olmayıb. Bir neçə ay öncə isə 2-ci dəfə ailə qurduğu xanımı da boşayıb.
 
Səidə Dadaşova sosial şəbəkə vasitəsi ilə tanış olduğu Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, qalmaqallı şəkildə də boşanıb. Hər iki tərəf xəyanətin boşanmaya səbəb olduğunu deyir.
 
Tünzalə Ağayeva rejissor Rəhmanla ailə həyatı qurub, boşanıb. Həmin evlilikdən bir qızı var.
 
Təranə QumralMusa Musayev: Hər iki məşhurun ilk evliliyi uğursuz olub. T.Qumralın ilk evliliyindən 2 qızı var. Musayev isə ilk dəfə xalası qızı ilə evli olub. Onu boşayıb Təranəni alıb. İkinci evliliyindən Sevgi adında qızı var. Bir neçə il sonra isə Təranə, Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə yaşayır.
 
Xatun 1 dəfə ailə qurub, boşanıb. İlk evliliyindən 1 oğlu var.
 
Zamiq Hüseynov 2009-cu ildə Nigar Rəfiyeva ilə evlənsə də, boşanıb. Evlilikləri bir neçə ay çəkib.
 
İlqar Sail 2 dəfə ailə qurub. İlk evliliyi puç olan müğənni 2-ci evliliyində özündən qat-qat kiçik bir xanımla nikaha girib.
 
Aynur Dadaşova 1 dəfə ailə qurub boşanıb. İlk evliliyindən 1 övladı var. İkinci dəfə ailə həyatı qurmasa da, birgə yaşadığı şəxs var.
 
Rahidə Baxışova evli olub boşanıb. Hazırda sənətçi şou-biznesdən də uzaqdır. Məlumata görə, müğənni yenidən ərə gedib.
 
Vasif Məhərrəmli 2 dəfə evlənib. İkinci toyu bu il mediadan gizli Tovuz rayonunda baş verib. İlk evliliyindən Əfşan adlı qızı var.
 
Niyaməddin Musayev də bir neçə dəfə ailə quran sənətçilərdəndi. Məlumata görə, sənətçi ilk evliliyindən dünyaya gələn övladlarının anasını, analıq hüququndan da məhrum edib.
 
Rəqsanə İsmayılova isə Goranboy rayonuna gəlin köçüb. Aysun adlı qızı dünyaya gəlib, sonradan boşanıb.
  • Müəllif: Asef
  • Tarix 5-12-2013, 13:01
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 1 414
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac