“ATƏT-in helikopterlə bağlı bəyanatı təxribatdır"

 
ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan hərbi helikopterinin düşdüyü ərazi ilə bağlı verdiyi bəyanat mənasız və məntiqsizdir.Bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.Z.Əsgərov qeyd edib ki, Minsk qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər: "Guya helikopter neytral əraziyə düşüb”.Vitse-spiker qeyd edib ki, helikopterin düşdüyü yer Azərbaycan ərazisidir və beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədr ölkələri tərəfindən də Azərbaycan ərazisi kimi tanınır: "Belə olan halda isə, həmsədrlərin bəyanatı təxribat xarakterli, mənasız və məntiqsizdir”.
  • Müəllif: NAİL
  • Tarix 20-11-2014, 11:27
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 363
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac