Tələbələrə xəbər var

 
 

"Tələbələrə kreditlərin verilməsi ləğv olunmalıdır".Dünyatv.az  Trend istinadən məlumatına görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.A.Məhərrəmov bildirib ki, ölkədə 1800 elmi işçi var ki, onların 1200-ü ali məktəblərdə çalışır: "Belə halda elmin inkişafı vəsait tələb edir”.Millət vəkili bir neçə təkliflə çıxış edərək deyib ki, elmi dərəcələrə görə əməkhaqları artırılmalıdır: "Elm haqqında" qanun təcili qəbul olunmalıdır. Tələbələrə kreditlərin verilməsi ləğv edilməli, magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir”.Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var: "Bunlar sahibkarları cəlb edirlər ki, universitetlərə kömək etsinlər”.
  • Müəllif: NAİL
  • Tarix 20-11-2014, 11:31
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 373
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac