dunyatv.az
CANLI YAYIN

6 aylıq uşaq pivədən öldü

20-11-2014, 12:16

 
 

Hadisə Rusiyanın Altay vilayətində, Çoysk rayonunda qeydə alınıb. Belə ki, qadın körpəsinin daima xəstə olması və narahat yatmasından bezib. O, uşağı sakitləşdirmək üçün yollar axtarmağa başlayıb. Nəticədə qadın uşağa "kömək məqsədi" ilə spirtli içki verib. O, 4,3 faiz spirt olan pivəni onun südünə qataraq içirib.Bundan sonra körpə qızın vəziyyəti daha da pisləşib. Uşaq etil spirtindən zəhərlənmə nəticəsində dünyasını dəyişib. Həkimlər körpənin qanında 0,2 promil alkoqol aşkar ediblər  Hadisədən sonra körpəsini içki ilə sakitləşdirmək istəyən qadın məhkəmə qarşısına çıxarılıb. Lakin məhkəmə rus qadının səmini peşmanlığını, onun hadisəni istəməyərək törətdiyini və sentyabrda yenidən ana olduğunu nəzərə alaraq həbs cəzası verməyib.


Oxunub: 730

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.