Evlilik xəyalı qurmuşdu, amma...

 
 

Belə ki, Türkiyənin Isparta şəhərində yaşayan Soner Ərdal, bu günə qədər 4 dəfə nişanlanıb. Ancaq, müxtəlif problemlər səbəbiylə evlilikdən imtina edib.Evlənmək üçün səy göstərən Soner Ərdal, özünə uyğun həyat yoldaşı tapa bilmək üçün internetdə tanışlıq saytlarının birində müraciət formasını doldurub.Daha sonra Soner Ərdal, özünü "Yonko Simenov" adıyla tanıdan və Bolqarıstanda yaşadığını bildirən bir qızla tanış olub. Ərdal, öz şəkillərini qıza göndərib. 5-6 dil bildiyini söyləyən qız, bir neçə müddət Ərdalla danışıb. Daha sonra Ərdal qızı ailəsi ilə tanışdırmaq qərarına gəlib: "Türkiyəyə gəlməsini istədim. Yonko, passport və viza üçün bir miqdar pul istədi. Əvvəl 255 avro göndərdim. Ardından 600 avro da təyyarə bileti və digər xərclər üçün pul istədi. Onu da göndərdim. Sonra isə məndən 2 min avro istədi və mən aldadıldığımı anladım. Yonko "Facebook" hesabını bağladı. Daha sonra isə telefonunu." Aldadıldığını anlayan və 850 avro pul itirən Erdal, gənclərə aldanmamağı məsləhət görüb: "Mən yandım. Siz yanmayın. Qətiyyən kiməsə pul göndərməyin"
  • Müəllif: sudabe
  • Tarix 20-11-2014, 12:49
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 413
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac