Polislər şoka düşdü - narkotiki iri anakonda qoruyurdu

 
 
Əməliyyat keçirən polis ilanı neytrallaşdırmaqdan ötəri bioloqları çağırmağa məcbur olub.İnsident Buenos-Ayres şəhərinin Qonsales Katan qəsəbəsində baş verib.Yerli polisin narkotiklərlə mübarizə şöbəsinə qəsəbədəki evlərdən birində Paraqvaydan gətirilən külli-miqdarda saxlanılan narkotik haqda məlumat daxil olub.Əməliyyatda iştirak edən polislərdən biri jurnalistlərə açıqlamasında bildirib: "Evə daxil olduqda narkotik kisələrinin üstündə yuxuya getmiş anakonda gördük. Həqiqətən ölçüləri qorxunc idi. Yaxınlaşmaq bizə təhlükə yaradardı. Mütəxəssisləri çağırmağa məcbur olduq”.Hadisə yerinə gələn bioloqlar anakondanı xüsusi məhlulla yatırdıb yeşiyə qoyublar. Bundan sonra polislər öz vəzifələrini icra edə biliblər. Evdən 6 kiloqram marixuana, 1,5 kiloqram kokain tapılıb.Ev yiyəsi həbs olunub.
  • Müəllif: sudabe
  • Tarix 20-11-2014, 12:58
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 423
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac