Bu qıza görə ölkəni etiraz dalğası bürüdü

 
 
19 yaşlı "Miss Honduras-2014” Mariya Xose Alvarado və onun 22 yaşlı bacısı Sofiya Trinidadın qətli ölkədə kəskin etirazlara səbəb olub. İctimaiyyət nümayəndələri hökumətdən bu hadisə ilə bağlı dəqiq istintaq aparmağı və günahkarları cəzalandırmağı tələb edirlər.Hondurasın təhlükəsizlik naziri Arturo Korrales qətldə Sofiya Trinidadın nişanlısı Plutarko Ruisin əli olduğunu deyir. Polis, həmçinin onun dostunu - bacıların qətlində iştirak etmiş Aris Maldonadonu da saxlayıb. Həbs olunanlardan qətldə istifadə edilən tapança və avtomobil müsadirə olunub.İstintaq cinayətin motivləri barədə heç bir məlumat yaymasa da, ölkə KİV-ləri qətlin qısqanclıq zəminində törədildiyini yazırlar.Bacıların qətli Honduras cəmiyyətini dərindən sarsıdıb. 8,5 milyon nəfər əhalisi olan ölkə vətəndaşları narkotarfiklə bağlı cinayətkar qruplaşmalar tərəfindən təhrik olunan zorakılığın dayandırılması tələbi ilə növbəti etiraz aksiyalarına başlayıblar. Rəsmi məlumatlara görə, ölkədə gün ərzində orta hesabla 14 nəfər cinayətkarların qurbanı olur.Mariya Xose Alvarado aprelin 26-da Hondurasda keçirilən müsabiqədə "gözəllik kraliçası” adını almışdı və ölkəsini dekabr ayında Londonda keçiriləcək "Dünya gözəli-2014” müsabiqəsində təmsil etməyə hazırlaşırdı.
  • Müəllif: sudabe
  • Tarix 20-11-2014, 13:42
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 421
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac