Fövqəladə vəziyyət elan edilib - Qar fırtınası

 
 

ABŞ-ın Nyu-York ştatının rəhbərliyi artıq səkkiz nəfərin ölümünə səbəb olmuş güclü qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.Nyu-Yorkun əsas avtomagistralının 200 kilometrdən çox hissəsində qarlı hava səbəbindən hərəkət iflic olub. Avtomobillər bəzi yerlərdə qalınlığı iki metrə çatan qar yığınının arasında qalıb. Polislər avtomobil sahiblərinə ədyal, isti paltar çatdırmağa çalışır və onları xilasedicilərin işini çətinləşdirməmək üçün maşınları tərk etməməyə çağırırlar.Soyuq siklon ABŞ-ın bütün ərazisini cənginə alıb. Adətən belə soyuqların dekabrın axırına qədər başlamadığını deyən meteoroloqlar keçən çərşənbə axşamının 1976-cı ildən bəri ABŞ-da ən soyuq noyabr günü olduğunu bildirirlər.Anomal hava şəraitinin ən azı cümə gününə qədər davam edəcəyi bildirilir.

  • Müəllif: sudabe
  • Tarix 20-11-2014, 13:45
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 476
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac