Ağsu aşırımında təhlükəli vəziyyət yarandı - SÜRÜŞMƏ

 
 
Ağsu-Şamaxı yolunda mövcud olan 7 sürüşmə zolağı aktivləşib. Vəziyyətlə bağlı əlaqədar qurumlar hərəkətə keçib. 3 gündür əraziyə yağan intensiv yağışlar torpaq sürüşməsinin aktivləşməsinə səbəb olub. Əsasən yolun 144, 146, 148, 149, 151 və 154-cü km-də sürüşmələr daha aktiv şəkildə özünü göstərir. 
 Adı çəkilən ərazidə bərpa işlərinə start verilib. Uçqun baş verdiyi yolda müəyyən işlər aparılmasına baxmayaraq uçqun vuran ərazi gündən-günə çoxalmaqdadır. Sürüşməyə meylli olan ərazilərdə artıq dağıntılar qeydə alınıb. Sürüşmələrin miqyası hər ötən gün böyüyür. Ən böyük uçqun 148-ci km-də qeydə alınıb. Yüksəklikdən qopub gələn qaya parçaları avtomobillərin hərəkət etdiyi yola tökülüb.Çəkiliş zamanı görüntünü lentə alan operatorumuz çətin anlar yaşayıb. Ağsudan Şamaxı istiqamətində bəzi yolların kənarına böyük dayaq hasarları qoyulub. Magistral yolda hərəkət daha da təhlükəli olmağa başlayıb. Sürüşmələr bu cür davam edərsə, magistral yol bağlana bilər. Sürüşmənin məruz qaldığı ərazi 12 saylı Ağsu yol istismar idarəsi tərəfindən nəzarətə götürülüb. Uçqun vurmuş ərazi qırmızı lentlə əhatəyə alınıb. Uçqunla əlaqədar sürücülər yaxınlıqda yeni inşa olunmuş alternativ yoldan istifadə edirlər.
  • Müəllif: sudabe
  • Tarix 21-11-2014, 11:04
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 583
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac