PA-dan helikopter cavabı

 
 
"Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq üçün çalışır".Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter səhifəsində qeyd edib. PA rəsmisi bildirib ki, Qərbdə və Avropada bəziləri asanlıqla ermənilərin təsiri altına düşərək mövqe bildirirlər:"Təəssüf ki, həmsədrlərin mövqelərində də bu özünü vaxtaşırı biruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir", - Novruz Məmmədov qeyd edib. Xatırladaq ki, ATƏT-in saytında yerləşdirilmiş bəyanatda İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Endryu (Fransa) Azərbaycan silahlı qüvvələri tərəfindən vurulmuş Ermənistan ordusuna məxsus helikopterin qalıqlarına humanitar keçidin olmaması ilə bağlı narahatlığını bildiriblər. 
Bəyanatda bildirilib ki, helikopterin qalıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttinin neytral ərazisinin minalanmış zonasında yerləşir.
  • Müəllif: NAİL
  • Tarix 21-11-2014, 12:37
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 705
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac