Messi barədə şok iddia - Həbs edilə bilər

 
 

"Barselona”nın və Argentina yığmasının hücumçusu Leonel Messi vergiləri ödəmədiyinə görə həbs edilə bilər. Bu barədə Trend "The Guardian” qəzetinə istinadən xəbər verir.Qəzet vəziyyətlə tanış olan mənbəyə istinadən yazır: "Vergilərlə bağlı problemləri olan digər məşhur futbolçular da olub. Məsələn, Xabi Alonso, İker Kasilyas və Rafael Nadal. Lakin Messi məhkəmənin barəsində iş açdığı yeganə futbolçudur, o, həbsxanaya düşə bilər”.Eyni zamanda, xəbər verilir ki, Messi bir il ərzində İspaniya xəzinəsinə 52 milyon avroya yaxın vəsait ödəyib. Məhkəmə araşdırmasına görə argentinalı başqa komandaya keçmək istəyir. Öz növbəsində, "Barselona” onu 2016-cı ilin yayında "satmaq” istəyirdi.Habelə "Guardian” iddia edir ki, Messinin izlənməsi İspaniya hökumətinin Katoloniyaya qarşı siyasətinin tərkib hissəsi ola bilər. Çünki Madridin "Real" klubunun oyunçularının iştirakı ilə bütün belə hadisələr məhkəməyə qədər yoluna qoyulur və yalnız "Barselona" futbolçusuna cinayət işi açılıb. Mənbə deyib: "Messi ikili standartların qurbanı oldu”.

  • Müəllif: NAİL
  • Tarix 22-11-2014, 12:44
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 502
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac