Bakıda zibillikdə silah-sursat tapıldı

 
 

Balaxanı qəsəbəsində "Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub. "Təmiz Şəhər” ASC-nin Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə məlumata görə, tapılmış əşyalar polisə təhvil verilib.
"Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır:
1) 161 ədəd 7.62 çaplı təlim patronu  2) 38 ədəd 7.62 çaplı patron  3) 9 ədəd 5.45 çaplı patron 4) 2 ədəd radioötürücü
 5) 1 ədəd radioötürücünün cərəyan dolamacihaz  6) 1 komplek hərbi durbin  7) 1 ədəd PDM-2 30 mm-lik mərmisi  8) 1 ədəd tüfəng qundağı.Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.



  • Müəllif: NAİL
  • Tarix 22-11-2014, 12:50
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 579
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac