dunyatv.az
CANLI YAYIN

İlham Zəkiyev 5 qat Avropa çempionu oldu

6-12-2013, 10:21

İlham Zəkiyev 5 qat Avropa çempionu oldu

 

 İdmançı bundan əvvəl London Olimpiadasında fərqlənmişdi.

Milli Paralimpiya komandamızın üzvləri Macarıstanda daha 2 qızıl və 2 bürünc medal qazanıb.

İlham Zəkiyev 5 qat Avropa çempionu oldu.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Macarıstanın Budapeşt şəhərində keçirilən Cüdo üzrə Avropa Çempionatında ağır çəkidə İlham Zəkiyev qələbə qazanaraq 5 qat Avropa çempionu olub.

Xatırladaq ki, cüdoçu 100 və daha artıq çəkidə ikiqat paralimpiya (2004, 2008) ikiqat dünya (2007, 2010), və beşqat Avropa çempionudur (2005, 2007, 2009, 2011, 2013).

2012-ci ildə Londonda keçirilən Paralimpiya Oyunlarının bürünc medalçısı olub.

"Şöhrət” ordeni, "Tərəqqi” medalı, "Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl Çinar” mükafatları laureatıdır.

Xatırladaq ki, cüdo idmanı üzrə Milli Paralimpiya komandası 73-kq çəkidə Ramil Qasımov və 66-kq çəkidə Bayram Mustafayev qızıl, 60-kq çəkidə isə Elçin Talıbov bürünc medal qazanıb.

 


Oxunub: 1 042

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.