Azərbaycanda hava soyuyacaq, qar yağacaq

[/b]

 

 
[b]Sabah axşamdan başlayaraq Azərbaycan ərazisində hava yağıntılı, küləkli keçəcək, bəzi rayonlarda qar və sulu qar yağacağı proqnozlaşdırılır, havanın temperaturu 10 dərəcəyə kimi enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Axşam havanın tutqun olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub-qərb küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti arabir 18-20 m/s-dək güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, külək arabir 23 m/s-dək güclənəcək. Havanın temperaturunun gecə 14-16, günün birinci yarısında 24-29, axşama doğru 19-21 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 20-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 18-23 m/s olacaq, küləyin sürəti arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturunun gecə 10-13, gündüz 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 19-da axşam, 20-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ zonasının bəzi ərazilərində, o cümlədən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında oktyabrın 19-da axşam, 20-də yağış yağacağı, yağıntının bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Mərkəzi-Aran rayonlarında havanın temperaturunun gecə 11-16, gündüz 23-28, oktyabrın 20-də 14-19 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 16-dan Azərbaycanda mülayim hava şəraiti müşahidə edilir. Bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gündüz 23-28, Aran rayonlarında gündüz 22-27 dərəcə isti müşahidə ediləcək.
  • Müəllif: Asef
  • Tarix 18-10-2013, 15:54
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 834
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac