Facebook profilimiz təhlükədədir - DİQQƏT

 

ABŞ-ın "Trustwave” şirkətinin əməkdaşları sosial şəbəkə istifadəçilərinə aid məlumatların və 2 milyonadək şifrənin yerləşdiyi haker serverini aşkarlayıb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə CNNMoney telekanalı xəbər yayıb.

 

Kibertəhlükəsizlik sahəsində ixtisaslaşan "Trustwave” mütəxəssisləri sözügedən serveri noyabrın 24-də aşkar edib. Akkauntların məlumatları sosial şəbəkə istifadəçilərinin kompüterlərinə göndərilən xüsusi proqram vasitəsi ilə əldə olunurmuş. Nəticədə hakerlər 318 min "Facebook”, 70 min Gmail və YouTube, 22 min "Twitter”, habelə "Odnoklassniki” sosial şəbəkəsinin 9 min nəfər istifadəçisinin şəxsi məlumatlarını əldə edib.

 

 

  • Müəllif: Pervin_M
  • Tarix 6-12-2013, 10:36
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 583
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac