dunyatv.az
CANLI YAYIN

Əsl qış pəhrizi

9-12-2013, 16:20

Əsl qış pəhrizi

 

Soyuq qış aylarında əhvalımızı qaldırmaq və çox yayılan infeksion xəstəliklərdən qorunmaq üçün bütün pəhrizləri unudub qida rasionumuzu genişləndiririk. Bu isə çəkinin artmasına gətirib çıxarır.

Bəzi pəhrizlər var ki, həm orqanizmi sağlam saxlamağa, həm də artıq piylərdən xilas olmağa kömək edir.

Axşam.az saytı Rusiya mətbuatına istinadən orqanizmi gücləndirəcək və arıqlamağa kömək edəcək pəhrizi təqdim edir:

I gün

Səhər:
1 ədəd meyvə, 1 fincan qəhvə və ya çay, 1,5 xörək qaşığı doğranmış və ya sürtgəcdən keçirilmiş qoz, 1 fincan az yağlı və ya yağsız süd, 2 kiçik dilim pəhriz çörəyi.
Günorta: 2 dilim çörək, göyərtilərdən və tərəvəzlərdən hazırlanmış salat (yağsız sous əlavə etmək olar), 1 ədəd meyvə, 4 dilim suda bişirilmiş file, 30 qram sobada bişirilmiş kartof.
Axşam: sobada bişirilmiş toyuq və kartof, 1 porsiya suda bişirilmiş brokkoli, salat, 1 ədəd meyvə.

II gün
Səhər:
3 ədəd pəhriz peçenyesi, 2 ədəd meyvə, 1 fincan az yağlı və ya yağsız süd, 1 fincan çay və və ya qəhvə, yarım kasa yağsız qatıq.
Günorta: Yağsız, sobada bişmiş toyuq əti (yanında göbələk və ya başqa tərəvəz) , salat, 1 ədəd meyvə, 4 ədəd şəkərsiz keks, bir fincan az yağlı və ya yağsız süd, yarım stəkan meyvə şirəsi (portağal və ya qreypfrut).
Axşam: Suda bişirilmiş toyuq, salat, 1 ədəd meyvə.

III gün
Səhər:
2 ədəd pəhriz peçenyesi, 1 fincan az yağlı və ya yağsız süd, 2 ədəd meyvə, yarım kasa az yağlı və ya yağsız qatıq, 1fincan qəhvə və ya çay.
Günorta:1 porsiya sobada bişmiş yağsız balıq, salat, 1 ədəd meyvə, 1 kiçik kasa az yağlı və ya yağsız qatıq.
Axşam: Sobada bişmiş toyuq kotleti, makaron, 1 ədəd meyvə, kiçik kasada salat.

IV gün
Səhər:
2 dilim pəhriz çörəyi, bir fincan az yağlı və ya yağsız süd, 1 ədəd meyvə, 1 fincan çay və ya qəhvə, 2 çay qaşığı bal.
Günorta: sobada bişmiş yağsız balıq, salat, 1 ədəd meyvə, 2 fincan az yağlı və ya yağsız süd, 100 qram xiyar, 150 qram kök.
Axşam: 1 porsiya tərəvəz supu, sobada bişmiş toyuq, az yağlı plov, salat, 1 ədəd meyvə.

V gün
Səhər:
2 dilim az yağlı un məmulatı, 1 kiçik kasada az yağlı və ya yağsız qatıq, 2 ədəd meyvə, 1,5 fincan az yağlı və ya yağsız süd, 1 fincan çay və ya qəhvə, 2 çay qaşığı bal.
Günorta: 1 porsiya sobada bişmiş yağsız balıq, salat, 1 ədəd meyvə, 4 ədəd pəhriz peçenyesi, 2 dilim pəhriz çörəyi.
Axşam: Sobada bişmiş toyuq, suda bişmiş kartof, 1 ədəd meyvə, salat.

VI gün
Səhər:
3 xörək qaşığı pəhriz mürəbbəsi, 1,5 fincan az yağlı və ya yağsız süd, 1 fincan çay və ya qəhvə, 3 ədəd qurabiyə, 1 ədəd meyvə.
Günorta: 1 porsiya az yağlı sobada bişmiş balıq, salat, 1 fincan az yağlı və ya yağsız süd, 4 ədəd şəkərsiz keks, 1 ədəd meyvə, yarım stəkan şəkərsiz meyvə şirəsi.
Axşam: Ədviyyatlı toyuq, 2 dilim pəhriz çörəyi, salat.

VII gün
Səhər:
2 ədəd az yağlı bulka, 1 ədəd meyvə, 1 fincan az yağlı və ya yağsız süd, 1 kiçik kasa az yağlı və ya yağsız qatıq, 1 fincan çay və ya qəhvə.
Günorta: 1 porsiya suda bişirilmiş ədviyyat vurulmuş toyuq filesi, 1 ədəd meyvə, salat, 1 fincan az yağlı və ya yağsız süd, 6 ədəd xırt-xırt peçenye (karaker).
Axşam: Tərəvəzlərdən hazırlanmış yemək, salat, 1 ədəd meyvə.

Qeyd: Şəkərli diabet, hipertoniya və ya həzm sistemi xəstəlikləri olanlar hər hansı bir pəhrizə başlamazdan öncə mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər.


Oxunub: 1 861

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.