dunyatv.az
CANLI YAYIN

Makiyajda səhvlərə son

11-12-2013, 10:20

Makiyajda səhvlərə son

Davamlı dəyişən gözəllik trendləri arasında makiyaj da vardır və hər növ dəyişikliklər makiyaj etmək qaydalarına təsir edir. Doğru olan budur ki, həmin ilin dəbi nə olursa-olsun, özünüzə ən çox uyğun gələn və yaraşan makiyajı etmək lazımdır. Üz xətlərinə və dəri tonuna görə seçilən makiyaj qadınları daim daha gözəl göstərir. Ancaq dəbdə olmayan, klassikləşmiş makiyaj növləri də var və yaraşıb-yaraşmamasından əlavə, hər qadın bundan həyatında heç olmasa bir dəfə istifadə etməlidir.

Təbii makiyajlar hər zaman olduğu kimi bu mövsümdə də etibarlılığını qoruyur. Göz makiyajının tamamlayıcısı olan, dodaq rəngindən ya da dəri rənginin bir ton açığından seçilən dodaq boyaları hər yerə və dövrə uyğun bir makiyaj növünü meydana gətirir.


Güzgü qarşısında saatlarla vaxt keçirmənizə baxmayaraq xəyallarınızdakı makiyaja sahib ola bilmirsiniz? O zaman bu beş praktik təklifi oxuyun və davamlı olaraq təkrar etdiyiniz makiyaj səhvlərinə son qoyun:
 
Makiyajda səhvlərə son

1. Gözünüzə eyeliner tətbiq edərkən əliniz titrəyir? Dirsəyinizi bir yerə qoyun, digər əlinizlə isə göz qapaqlarınızı gərgin tutmağa çalışın; amma əgər hələ düzgün çəkməkdə çətinlik çəkirsinizsə, göz layneri yerinə göz qələmiylə xətt çəkməyi sınaya bilərsiniz. Bu daha asandı
r.

2. Davamlı tonal kremindən istifadə etməkdən qaçırsınız? Ümumiyyətlə makiyaj edən hər qadın bu səhvi edir. Əgər makiyajınızı tamamilə qurtarmısınızsa, tamamilə quru və daha əvvəl istifadə edilməmiş təmiz bir süngərin köməyiylə dairələr çəkərək təmizləyin. Ancaq göz ətrafını təmizləyərkən süngər istifadə etmək yerinə barmaq ucunuzla məhsulu yaymağa çalışın.

Makiyajda səhvlərə son

3. Korrektordan istifadə zamanı problemlə qarşılaşırsız? Əgər dəri tonunuzdan daha açıq bir tonda korrektordan istifadə edirsinizsə, onları yox etmək qeyri-mümkündur. Doğru tonal krem ​​seçmək qədər doğru korrektor da seçmək önəmli və vacibdir. Dəri tonunuza uyğun (daha açıq və ya tünd olmamalıdır) bir korrektoru incə uclu bir fırçayla tətbiq edin, sonra barmaq uclarınızla məhsulu yaxşıca yayın.

Makiyajda səhvlərə son

4. Göz formanıza görə göz qələmindən necə istifadə etməyi bilmirsiniz? Gözləriniz əgər bir-birinə çox yaxındırsa, alt göz qapağına qələm çəkin. Buna görə alt göz qapağının iç tərəfindən başlayaraq gözün yarısına qədər açıq rəngli bir qələm çəkin. Xaricinə doğru isə tünd rəngli bir qələmdən istifadə edin.


Oxunub: 1 320

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.