dunyatv.az
CANLI YAYIN

Bu günün hava proqnozu

11-12-2013, 10:15

Dekabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
 
 
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 3-5°, günün birinci yarısında 6-8°, günün ikinci yarısında 1-3° isti, Bakıda gecə 3-5°, günün birinci yarısında 6-8°, günün ikinci yarısında 1-3° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında günün ikinci yarısından başlayaraq qar yağacağı gözlənilir. Gecəyə doğru yağıntıların intensivləşəcəyi ehtimalı vardır.

Temperaturun gecə 3-8° şaxta, bəzi yerlərdə 14°-dək şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında günün ikinci yarısından başlayaraq qar yağacağı gözlənilir. Gecəyə doğru yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Temperaturun gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
axşama doğru havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Temperatur gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında günün ikinci yarısından başlayaraq qar yağacağı gözlənilir. Gecəyə doğru yağıntıların intensivləşəcəyi ehtimalı var.

Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında axşama doğru havanın yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında axşama doğru havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Temperatur gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Oxunub: 672

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.