dunyatv.az
CANLI YAYIN

Gülər Əhmədova həbsxanada poeziya fəaliyyətinə başlayıb

11-12-2013, 10:48

Gülər Əhmədova həbsxanada poeziya fəaliyyətinə başlayıb

 

Eks-deputatın "Yuxu” şeri sentyabrın 1-də yazılıb.

Gülər Əhmədova indi ancaq yuxularda görə bilir fidanını.

Sabiq millət vəkili Gülər Əhmədova həbsxanada şeir yazıb.

Dunyatv.Az Qafqazinfo-ya istinadən eks-deputatın "Yuxu” adlı şeirini təqdim edir:

YUXU

*   *   *
Gözümə gəlməyən yuxum, hansı ərşə çəkilmisən?

Gedib əsgər yuxusuna oğlum üçün dincəlmisən?

Yoxsa balaca körpənin gözüyaşlı yuxususan,

Bəlkə də qoca anamın dərdli - sərli ürəyisən?

*   *   *
Hara getmisən ay yuxu, tapıb qaytara bilmirəm,

Sən də namərd dostlar kimi üz çevirib dönməmisən.

Mənim gözümdə yox yerin, payız quşuna dönmüsən,

Hələ tapa bilməmişəm, bəlkə də qan təzyiqisən?

*   *   *
Yuxu mənim dostum olub, məhbəs xəstəliyidir o,

Dəmir çarpayımın indi yaddaşına keçibdir o.

Ayılmaq istəməmişəm, bəlkə gedim evimizə,

Baxım balaca körpəyə, üstünü də açıbdır o.

*   *   *
Dua edib "Anam gəlsin!” sonra biraz ağlayacaq,

Sonra küsüb həm özündən, həm də məndən, bayılacaq.

Görüş günü hər görəndə "Nə vaxt evə gələcəksən?"

Sorub, sorub, yorulacaq, sonra bir də ağlayacaq.

*   *   *
Yuxum mənim, apar məni, yadındamı adresimiz?

Yuxum mənim, qaytar məni, indi budur sevincimiz!

İndi ancaq yuxularda, görə billəm fidanımı,

Ana qucağı əvəzi, oyuncaqla yatanımı.


Oxunub: 835

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.