Bakıda 6 nəfərin ölümü, 47 nəfərin yaralanmasına görə təqsirləndirilənlərə hökm oxundu

 

 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi Eyyub
 
İsmayılovFərid Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il avqustun 31-də Qaradağ rayonu ərazisində sərnişin qatarı ilə "Daewoo" markalı sərnişin avtobusu toqquşub. Nəticədə 6 nəfər ölüb və 47 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisədən dərhal sonra cinayət işi başlanıb. Avtobusun sürücüsü F. Ağayev və Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi E. İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.
  • Müəllif: Asef
  • Tarix 12-12-2013, 13:22
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 776
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac