dunyatv.az
CANLI YAYIN

Qızılağac qoruğu yanır

19-10-2013, 21:00

 

 

Bu gün saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, güclü külək nəticəsində yanğın sürətlə genişlənərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 100 hektara yaxın ərazini əhatə edib.

 

Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanıb.


Nazirliyin  yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının və  ictimaiyyət nümayəndələrinin səyləri nəticəsində yanğın lokallaşdırılıb və hazırda tam söndürülməsi istiqamətində işlər aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.


Oxunub: 1 265

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.